İspaniyada baş verən meşə yanğını nəticəsində 12 nəfər həlak olub

Dünya xəbərləri Materials 10 İyul 2026 08:55 (UTC +04:00)
İspaniyada baş verən meşə yanğını nəticəsində 12 nəfər həlak olub

Bakı. Trend:

İspaniyanın Almeriya əyalətində baş verən meşə yanğını nəticəsində 12 nəfər həlak olub.

Bu barədə “El País” qəzeti məlumat yayıb.

Məlumata görə, yanğına magistral yol yaxınlığında elektrik kabelinin qırılaraq yerə düşməsi səbəb ola bilər. Alov qısa müddətdə yaxınlıqdakı meşə sahəsinə yayılıb.

Yanğının söndürülməsinə təxminən 300 nəfər, o cümlədən fövqəladə hallar xidmətlərinin əməkdaşları və hərbçilər cəlb olunub.

Xəbər lenti

Xəbər lenti