"Qarabağ" "Vestri"ni məğlub etdi - Avropa Liqası

İdman Materials 9 İyul 2026 21:55 (UTC +04:00)
"Qarabağ" "Vestri"ni məğlub etdi - Avropa Liqası
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ" bu gün Avropa Liqasında bu mövsüm ilk matçına çıxıb.

Ağdam klubu I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu ilə üz-üzə gəlib.

Komandalar arasındakı ilk oyun Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi

20:00. "Qarabağ" – "Vestri" 3:0
Qollar:
Zakaria Savo, 30, Abdullah Zubir, 45+2, Renaldo Sefas, 87
Baş hakim: Roman Jitari (Moldova).
Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbər lenti

Xəbər lenti