Amerikada məşhur aeroporta Trampın adı verilib

Dünya xəbərləri Materials 9 İyul 2026 20:56 (UTC +04:00)
Amerikada məşhur aeroporta Trampın adı verilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Floridada Donald Trampın Mar-a-Laqo iqamətgahından bir neçə kilometr məsafədə yerləşən Palm-Biç Beynəlxalq Hava Limanının adının dəyişdirilməsi qüvvəyə minib.

İyulun 9-dan etibarən hava limanı “Prezident Donald C. Tramp adına Beynəlxalq Hava Limanı” adlanır. Müvafiq qərar Florida hakimiyyəti tərəfindən bu ilin fevralında təsdiqlənmişdi.

Bundan əlavə, avqustun 18-dən hava limanının Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) üzrə kodu da dəyişəcək. Hazırda istifadə olunan PBI kodunun əvəzinə ABŞ prezidentinin baş hərflərinə uyğun olaraq DJT kodu tətbiq ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti