Qlobal iqtisadiyyata inflyasiya təhlükəsi var - BVF

İqtisadiyyat Materials 9 İyul 2026 07:22 (UTC +04:00)
Qlobal iqtisadiyyata inflyasiya təhlükəsi var - BVF

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri qlobal iqtisadiyyat üzərində inflyasiya təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.

Bu barədə "Financial Times" qəzeti xəbər verib.

Bildirilib ki, fondun analitiklərinin fikrincə, Yaxın Şərqdə münaqişənin yenidən alovlanması qlobal inflyasiyanı artıra və təchizat zəncirlərini poza bilər. Fond 2026-cı ildə inflyasiya proqnozunu 4,7 faizə qaldırıb və artım proqnozunu 3 faizə endirib. Dezinflyasiya tendensiyası dayanıb və mərkəzi banklar faiz dərəcələrini artırmağa məcbur ola bilərlər.

BVF-nin hesabatında deyilir ki, "qlobal iqtisadiyyat üçün ən təcili risk" Yaxın Şərqdəki hadisələrlə bağlıdır. Geosiyasi gərginliyin yenidən artması iqtisadi artıma zərər verə və inflyasiya təzyiqlərini yüksəldə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti