Xamenei dəfn olunur

Dünya xəbərləri Materials 9 İyul 2026 16:29 (UTC +04:00)
Xamenei dəfn olunur
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-İran arasında yeni eskalasiyalar fonunda İranın Məşhəd şəhərində ölkənin mərhum ali dini lideri Əli Xameneinin dəfn mərasimi başlayıb. Məşhəd onun doğulduğu şəhər olub.

Matəm yürüşü İmam Rza istiqamətində bir neçə kilometrə qədər uzanıb.

Gecə saatlarında şiələrin müqəddəs ziyarətgahına gələn çoxsaylı iranlılar Məşhədin mərkəzi meydanını tərk etməyiblər. Onların bəziləri istirahət etmək üçün məqbərənin divarları yaxınlığında özlərinə yer hazırlayıblar.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Tədbirdə ən azı 100 ölkədən gəlmiş yüksək səviyyəli nümayəndə heyətləri iştirak ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti