Rusiya Baltikyanı ölkələri xəbərdar edib

Dünya xəbərləri Materials 8 İyul 2026 16:45 (UTC +04:00)
Rusiya Baltikyanı ölkələri xəbərdar edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Baltikyanı ölkələr öz ərazilərində nüvə silahı yerləşdirəcəkləri təqdirdə Rusiya tərəfindən cavab tədbirləri ilə üzləşəcəklər.

Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu qərarı qəbul edən ölkələrin gözləntilərinin əksinə olaraq, belə addım onların təhlükəsizliyini artırmayacaq”, – deyə Peskov Vilnüsün öz ərazisində nüvə silahının yerləşdirilməsinə icazə verilməsi proseduruna başlamaq qərarını şərh edərkən bildirib.

“Əksinə, bu, onlar üçün təhlükə səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Çünki öz maraqlarımızı qorumaq üçün belə ölkələrə münasibətdə cavab tədbirləri görüləcək”, – deyə o xəbərdarlıq edib.

Qeyd edək ki, iyulun 3-də Litva parlamentində ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti