Bu ilin ilk yarısında sərnişin daşımaları 18 faiz artıb - ADY

İqtisadiyyat Materials 8 İyul 2026 09:49 (UTC +04:00)
Bu ilin ilk yarısında sərnişin daşımaları 18 faiz artıb - ADY
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları" QSC ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz, iyun ayında isə 24 faiz daha çox sərnişin daşıyıb.

QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, cari ilin ilk altı ayında Abşeron dairəvi dəmir yolu ilə 5,1 milyondan çox sərnişin səfər edib ki, bu da illik müqayisədə 17 faiz artım deməkdir. Rayonlararası marşrutlardan isə təxminən 289 min sərnişin istifadə edib ki, bu göstərici də ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur.

Bildirilib ki, may ayında yenidən fəaliyyətə başlayan Bakı–Tbilisi–Bakı beynəlxalq dəmir yolu reysləri ilə indiyədək 12 mindən çox sərnişin daşınıb.

Ötən ay "Azərbaycan Dəmir Yolları" QSC-nin yük daşımalarında da artım qeydə alınıb.

Belə ki, ADY 2026-cı ilin iyun ayında 1 milyon 636 min 336 ton yük daşıyıb.

ADY-nin "Facebook" sosial şəbəkə səhifəsindəki paylaşıma görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.

Məlumata əsasən, hesabat dövründə tranzit daşımaları 707 041 ton olub ki, bu da keçənilki göstəricidən 38 % çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti