Rumıniya dronlarla bağlı Ukraynaya tələb irəli sürüb

Dünya xəbərləri Materials 8 İyul 2026 11:21 (UTC +04:00)
Poland army
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniyanın müdafiə naziri Radu Miruta Türkiyədə keçirilən NATO sammiti çərçivəsində təşkil olunan konfransda Ukraynanın müdafiə naziri Mixail Fedorova rəsmi sorğu göndərdiyini açıqlayıb.

“Digi24” telekanalının məlumatına görə, sənəddə Ukraynaya məxsus bütün pilotsuz uçuş aparatlarının Rumıniyanın ərazi sularına daxil olduğu halda özünü məhv etməsi üçün yenidən proqramlaşdırılması tələb olunur.

"Buna görə də Ukraynanın müdafiə nazirinə rəsmi müraciət göndərərək bildirdim ki, Rumıniya üçün məntiqli addım Qara dənizə buraxılan, Ukraynada istehsal edilmiş hər bir pilotsuz aparatın elə proqramlaşdırılmasıdır ki, istənilən şəraitdə təsadüfən Rumıniyanın ərazi sularına daxil olarsa, avtomatik olaraq partlasın",- deyə nazir bildirib.

Miruta əlavə edib ki, uçuş üçün qadağan olunmuş zonalar əvvəlcədən proqramlaşdırıldığı təqdirdə, operatorla əlaqə itirilsə belə, pilotsuz aparatın özünü məhv etməsi mümkündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti