Bakı-Tbilisi qatarlarında oturaq vaqon olmayacaq - ADY

Cəmiyyət Materials 7 İyul 2026 15:56 (UTC +04:00)
Bakı-Tbilisi qatarlarında oturaq vaqon olmayacaq - ADY
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı-Tbilisi-Bakı istiqaməti üzrə oturaq tipli qatarların istifadəsi nəzərdə tutulmur.

Trend xəbər verir ki, bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Bakı–Tbilisi–Bakı qatarında yeniliklərlə bağlı keçirilən brifinqdə jurnalistlərə deyib.

A.Fərəcov bildirib ki, hazırda yalnız bir qatar hərəkətdədir və həmin qatarın tərkibinə əlavə vaqonların qoşulması ilə bağlı işlər aparılır.

Onun sözlərinə görə, yeni qoşulan vaqonlar ölkədaxili marşrutlarda istifadə olunan yataq tipli “Standart Plus” sinif vaqonlarıdır.

“Hər vaqonda 36 yer mövcuddur və hər bir sərnişin ödənişsiz 36 kiloqrama qədər baqaj daşıya biləcək. Vaqonlarda sərnişinlərin rahatlığı üçün səyyar katerinq xidməti də təşkil olunacaq”,-deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti