Bakı.Trend:
ABŞ-nin Ohayo ştatının Rittman şəhərində baş verən silahlı insident nəticəsində azı dörd nəfər həlak olub.
Bu barədə "ABC telekanalı" məlumat yayıb.
Məlumata görə, polis yaşayış evində baş verən atışma ilə bağlı çağırış əsasında hadisə yerinə gəlib.
Hadisə yerində şübhəli şəxslə asayış keşikçiləri arasında atışma baş verib. Nəticədə bir polis əməkdaşı həlak olub, daha dörd polis yaralanıb. Şübhəli şəxs isə polis tərəfindən zərərsizləşdirilib.
Daha sonra evdə daha iki nəfərin meyiti aşkar edilib. Ölənlər arasında 13 yaşlı uşaq da var.
Faktla bağlı araşdırma aparılır.
