Ukraynalı uşaqlar reabilitasiya proqramı çərçivəsində Bakıya gəliblər

Siyasət Materials 7 İyul 2026 00:20 (UTC +04:00)
Ukraynalı uşaqlar reabilitasiya proqramı çərçivəsində Bakıya gəliblər
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynadan olan uşaqlar reabilitasiya proqramı çərçivəsində Bakıya gəliblər.

Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial şəbəkəsində paylaşım edib.

Səfir bildirib ki, ukraynalı xilasedicilərin övladlarından ibarət 30 nəfərlik yeni qrup bu gün iki həftəlik reabilitasiya və istirahət məqsədilə Bakıya çatıb.

Onun sözlərinə görə, indiyədək 662 ukraynalı uşaq bu proqramdan faydalanıb.

"Azərbaycana xoş gəlmisiniz!" - deyə Seymur Mərdəliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti