Avtozavodlarda hərbi dronların hazırlanmasının riskləri açıqlanıb

Dünya xəbərləri Materials 6 İyul 2026 19:51 (UTC +04:00)
Avtozavodlarda hərbi dronların hazırlanmasının riskləri açıqlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiyada avtomobil zavodlarında hərbi təyinatlı dronlarının istehsalı ilə bağlı risklər açıqlanıb.

Yaponiyanın hərbi xərcləri artırdığı və Avropada bəzi avtomobil zavodlarının silah istehsalına yönəldiyi bir vaxtda "Mitsubishi Heavy Industries" (MHI) şirkətinin baş direktoru Eysaku İto bildirib ki, döyüş təyinatlı pilotsuz uçuş aparatlarının istehsalı fərqli sənaye modeli tələb edir və avtomobil müəssisələri üçün uyğun deyil.

O, "Financial Times" qəzetinə müsahibəsində deyib ki, fəaliyyətində çətinliklərlə üzləşən avtomobil zavodlarının hərbi dron istehsalına uyğunlaşdırılması uğursuzluğa düçar olacaq və vergi ödəyicilərinin vəsaitinin səmərəsiz xərclənməsi ilə nəticələnəcək.

"Məhsulun texniki xüsusiyyətləri bu sahədə vəziyyətdən asılı olaraq daim dəyişir. Avtomobil zavodları isə on minlərlə, hətta milyonlarla eyni məhsulun istehsalı üçün nəzərdə tutulub", – deyə İto bildirib.

Onun sözlərinə görə, avtomobil zavodlarında pilotsuz uçuş aparatlarının istehsalı qısa müddətdə köhnələn çoxlu sayda texnikanın buraxılmasına səbəb ola bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti