Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə keçirilən taktiki-uçuş təlimi başa çatıb (VİDEO)

Cəmiyyət Materials 6 İyul 2026 15:15 (UTC +04:00)
Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə keçirilən taktiki-uçuş təlimi başa çatıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlimdə ölkəmizi təmsil edən Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri Vətənə qayıdıb.

Qeyd edək ki, döyüş effektivliyinin, uyarlılığın və birgə tapşırıqların icrasında hərbi qulluqçularımızın nümayiş etdirdiyi peşəkarlıq təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti