Auditorlar Palatasının sabiq vəzifəli şəxslərinə hökm oxunub

Cəmiyyət Materials 6 İyul 2026 16:30 (UTC +04:00)
Auditorlar Palatasının sabiq vəzifəli şəxslərinə hökm oxunub
Elvin Əhmədov
Elvin Əhmədov
Bütün xəbərlər

Bakı.Trend:

Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin sonuncu məhkəmə prosesi keçirilib.

Trend-in məhkəmə müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Gövhər Əhmədova 5 il, Fəridə Abbasova isə 3 il müddətinə azadlıqdan məhrum edilib, Vəli Rəhimov isə 2000 manat cərimə edilib. Gövhər Əhmədova məhkəmə zalında həbs olunub, Fəridə Novruzovanın hamilə olduğu nəzərə alınmaqla doğulacaq övladının 14 yaşına kimi hökm təxirə salınıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti