Şıxov çimərliyində dənizə çirkab su axıdılması iddialarına rəsmi açıqlama (VİDEO)

Cəmiyyət Materials 6 İyul 2026 15:59 (UTC +04:00)
Şıxov çimərliyində dənizə çirkab su axıdılması iddialarına rəsmi açıqlama (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Son günlər sosial şəbəkələrdə Şıxov çimərliyində dənizin içinə iri diametrli boru vasitəsilə çirkab suya bənzər maddənin axıdıldığını əks etdirən görüntülər yenidən yayılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti bildirib ki, həmin görüntülər bir neçə ay əvvəl də ictimaiyyətə təqdim olunmuş və məsələ operativ araşdırılmışdı.

Araşdırma zamanı Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Şıxov çimərliyinə və ətraf ərazilərə baxış keçirilib. Müəyyən edilib ki, ərazidə gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək məqsədilə dibdərinləşdirmə işləri aparılır.

Qeyd olunub ki, xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su xüsusi boru ilə sahilə ötürülür.

Xidmətin açıqlamasına əsasən, sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim edilən axıntı əslində dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyudur və çirkab su axıdılması faktı müəyyən edilməyib.

Qurum vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etməyə çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti