Qazaxda taxıl sahəsində yanğın olub (VİDEO)

Hadisə Materials 5 İyul 2026 21:19 (UTC +04:00)
Qazaxda taxıl sahəsində yanğın olub (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qazax rayonu, Aslanlı kəndində taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqda yerləşən fermaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ha sahədə biçilməmiş, 7 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Biçilməmiş taxıl sahələri, o cümlədən yaxınlıqda yerləşən ferma yanğından mühafizə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti