Bakı. Trend:
NATO-ya məxsus “Bombardier Challenger 650 Artemis II” kəşfiyyat və hədəf təyinatı təyyarəsi yenidən Qara dəniz üzərində uçuşlar həyata keçirir.
TASS-ın verdiyi məlumata görə, təyyarə Rumıniyanın Konstansa şəhərində yerləşən bazadan havaya qalxıb və hazırda Qara dənizin neytral suları üzərində uçuşunu davam etdirir.
Təyyarə akvatoriyanın qərb hissəsindən şərqə və əks istiqamətdə uçur, eyni zamanda heç bir dövlətin hava məkanına daxil olmur.
Mənbə qeyd edib ki, “Bombardier Challenger 650 Artemis II” adətən belə missiyaları yalnız iş günlərində yerinə yetirir. Buna görə də onun həftəsonu uçuş həyata keçirməsi nadir hal hesab olunur.
