Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşların informasiya təhlükəsizliyi sahəsində məlumatlılığının artırılması məqsədilə UserAwareness platformasının lisenziyasına dəstək xidmətinin satın alınması üzrə tender elan edib.
Tenderdə iştirak haqqı 151,09 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 27 iyul 2026-cı il saat 17:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da həmin gün saat 17:00-da (GMT+4) keçiriləcək.
Əlaqələndirici şəxs: Abdulla Böyükkişiyev.
Tel.: (+994 10) 239 23 80.
Elektron poçt: [email protected]
Ünvan: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90.
