Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp ölkəsinin heç vaxt kommunist dövlətə çevrilməyəcəyinə əmin olduğunu bildirib.
Ağ Ev rəhbəri bunu Cənubi Dakota ştatındakı Raşmor dağı yaxınlığında ABŞ-nin 4 İyul – Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib
"Amerika heç vaxt kommunist ölkə olmayacaq. Siz ya Karl Marksa sadiq ola bilərsiniz, ya da Amerikaya. Ya kommunist ola bilərsiniz, ya da vətənpərvər. Hər ikisi eyni anda mümkün deyil”,-deyə o bildirib.
Trampın sözlərinə görə, ABŞ-də "kommunist təhlükəsinin dirçəlişi" müşahidə olunur və bu təhlükə, o cümlədən ölkəyə yeni gələnlərdən qaynaqlanır.
