Bakı. Trend:
Şimali Koreya "Kan Geon" esminesinin döyüş sisteminin sınaqlarını keçirib və bu çərçivədə strateji qanadlı raket buraxılışı həyata keçirib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata əsasən, iyulun 3-də "Kan Geon" esminesinin döyüş sisteminin xüsusiyyətlərinin qiymətləndirilməsi üzrə sınaq planına uyğun olaraq strateji qanadlı raketin sınaq buraxılışı, həmçinin gəmi artilleriyası, avtomatik pulemyotlar və radioelektron mübarizə vasitələri də daxil olmaqla əsas silah sistemlərinin sınaqları keçirilib.