Bağlı qapı arxasında qalan 2 nəfər xilas edilib, 1 meyit aşkarlanıb - FHN

Cəmiyyət Materials 4 İyul 2026 12:20 (UTC +04:00)
Bağlı qapı arxasında qalan 2 nəfər xilas edilib, 1 meyit aşkarlanıb - FHN
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ötən sutka ərzində bağlı qapı arxasında qalan 2 nəfər xilas edilib, 1 meyit aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.

Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərə köməklik göstərilib, 1 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti