Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Məlumata əsasən, danışıq zamanı V. Putin D. Trampı ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib.
"İki dövlət başçısı arasında bugünkü telefon danışığı Prezident Vladimir Putinin Donald Trampı və bütün Amerika xalqını bu əlamətdar bayram münasibətilə şəxsən təbrik etməsi ilə başlayıb", - deyə o bildirib.
Uşakov, həmçinin bildirib ki, Rusiya Prezidenti ABŞ-İran danışıqlarının əsas məsələlər üzrə qarşılıqlı uzunmüddətli məqbul həllərə gətirib çıxaracağına ümid etdiyini diqqətə çatdırıb. Putin Trampa Rusiyanın İran ətrafında gərginliyin azaldılmasına kömək etməyə hazır olduğunu vurğulayıb.
Rusiya Prezidentinin köməkçisi bildirib ki, Putin və Tramp arasında söhbət işgüzar və yüksək konstruktiv xarakter daşıyıb, ikitərəfli və beynəlxalq məsələləri açıq şəkildə müzakirə etməyə imkan verib.