Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb (YENİLƏNİB-2)

Hadisə Xəbər 4 İyul 2026 18:30 (UTC +04:00)
Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb (YENİLƏNİB-2)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu ərazisində Xaçınçay su anbarında 3 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

xxx

17:58

Ağdamda su anbarında batan ata və iki övladının meyitləri sudan çıxarılıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun 2008-ci il təvəllüdlü oğlu Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü qızı Fidan Şərif qızı İsgəndərlinin meyitləri sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

xxx
16:58

Ağdamda ata və iki övladı su anbarında batıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

İlkin məlumata əsasən, Ağdam rayonunun Cinli kənd sakini 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli suda batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti