Azərbaycanın basketbol millisi seçmə mərhələdə son oyununu keçirib

İdman Materials 5 İyul 2026 21:31 (UTC +04:00)
Azərbaycanın basketbol millisi seçmə mərhələdə son oyununu keçirib

Bakı. Trend:

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində sonuncu oyununu keçirib.

Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv VI turda İrlandiya yığmasını qəbul edib. Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 76:70 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti