DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb

İdman Materials 4 İyul 2026 23:13 (UTC +04:00)
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb

Bakı. Trend:

Mərakeş milli komandası futbol üzrə dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

1/8 final mərhələsində Kanada ilə qarşılaşan Afrika təmsilçisi 3:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksələn ilk komanda olub.

Mərakeş yığmasının heyətində Azzedin Unahi 50-ci və 82-ci dəqiqələrdə dubl edərək komandasının üstünlüyünü təmin edib. Qarşılaşmada son nöqtəni isə 90+8-ci dəqiqədə Sofyan Rahimi qoyub.

Mərakeş 1/4 finalda Paraqvay – Fransa cütünün qalibi ilə üz-üzə gələcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti