Kolumbiya millisi Qananı məğlub edib - DÇ-2026

İdman Materials 4 İyul 2026 08:29 (UTC +04:00)
Kolumbiya millisi Qananı məğlub edib - DÇ-2026

Bakı. Trend:

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

Kolumbiya millisi Qana yığması ilə üz-üzə gəlib.

Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

14-cü dəqiqədə Con Arias fərqlənib.

Bu nəticənin ardından 1/16 final mərhələsinin oyunlarına yekun vurulub. 1/8 finala yüksəlməyi bacaran Kolumbiyanın rəqibi İsveçrə olacaq.

Xəbər lenti

Xəbər lenti