Tramp ABŞ-nin NATO xərclərindən gileylənib

Dünya xəbərləri Materials 3 İyul 2026 14:38 (UTC +04:00)
Tramp ABŞ-nin NATO xərclərindən gileylənib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-ya ayırdığı xərcləri tənqid edib.

Ağ Ev rəhbəri öz “Truth Social” sosial şəbəkə hesabında ABŞ və digər ölkələrin NATO xərclərini əks etdirən qrafik təsvir paylaşıb.

"ABŞ üçün münasibətlərin qarşılıqlı olmadığı halda bu birtərəfli yolu davam etdirməyin heç bir mənası yoxdur. Onlar bizim yanımızda olmadılar", – deyə ABŞ Prezidenti yazıb.

Təsvirdə ölkələr arasında ən yüksək göstərici ilə ABŞ-nin NATO xərcləri 999 milyard ABŞ dolları həcmində qeyd edilib.

Tramp əvvəlki paylaşımlarından birində də bildirmişdi ki, ABŞ NATO-nun müdafiəsi naminə Alyansa digər ölkələrdən daha çox vəsait xərcləyib, lakin bundan heç bir fayda əldə etməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti