Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib

Cəmiyyət Materials 3 İyul 2026 10:14 (UTC +04:00)
Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib.

Bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin nəticələrində əks olunub.

Məlumata görə, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı 75 əməkdaş, o cümlədən 42 rəhbər vəzifəli şəxs barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Bundan başqa, 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 48 fakt üzrə 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti