Fon der Lyayen Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək

Dünya xəbərləri Materials 2 İyul 2026 15:51 (UTC +04:00)
Fon der Lyayen Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək
Elvin Əhmədov
Elvin Əhmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının sədri Ursula von der Lyayen iyulun 7-8-də Ankarada keçiriləcək NATO Sammitində iştirak edəcək.

Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinho Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.

“Çərşənbə axşamı Avropa Komissiyasının sədri Türkiyənin Ankara şəhərində olacaq. O, NATO sammitində iştirak edəcək və sammit çərçivəsində keçiriləcək müdafiə sənayesi forumunda çıxış edəcək”, – deyə Pinyo bildirib.

NATO sammitinin əsas mövzusu alyansa üzv Avropa ölkələrinin hərbi xərclərinin artırılması olacaq. Brüssel rəsmiləri bu prosesdə Avropa Komissiyasına mühüm rol ayırırlar. Komissiya Avropa İttifaqının hərbiləşdirilməsi təşəbbüslərini dəstəkləməyi və ittifaqın büdcəsini bu prioritetlərə uyğunlaşdırmağı planlaşdırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti