Bakı.Trend:
İranın Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.
Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Keçirilən görüşdə, Pezeşkian Tehranın Ermənistan hökumətinin yaranmış çətin vəziyyətdə İrana münasibətdə tutduğu mövqeyi, eləcə də Yerevanın etdiyi humanitar yardımı yüksək qiymətləndirdiyini bildirib.
O, ikitərəfli münasibətlərin ardıcıl şəkildə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu qeyd edib.
Görüşdə ikitərəfli münasibətlərdən savayı, regionda sülh, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl addımların atılmasının vacibliyi vurğulanıb, digər aktual mövzularda fikir mübadiləsi aparılıb.
