Bakı.Trend:
Tehranda İranın mərhum ali lideri Əli Xameneinin vida mərasimi başlayıb. Mərasimin ilk günündə xarici nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.
İran KİV-lərinin məlumatına görə, ölkənin Ali Lideri ilə vida mərasimi iyulun 3-dən 9-dək davam edəcək.
Növbəti gün Xameneinin cənazəsi Tehranın şərqində yerləşən böyük dini kompleks olan Müsəllaya aparılacaq. Burada İranın bütün sakinləri Ali Rəhbərlə vidalaşa biləcəklər.
Bundan əlavə, iyulun 6-da Tehranda matəm yürüşünün keçirilməsi gözlənilir. İyulun 7-də Xameneinin cənazəsi şiə ruhaniləri üçün müqəddəs şəhər hesab olunan Quma aparılacaq.
İyulun 8-də isə Əli Xameneinin cənazəsin İraqa göndəriləcək və şiə dünyasında ən ali dini ehtiram əlaməti olaraq Nəcəf və Kərbəladakı başlıca şiə ziyarətgahlarında matəm mərasimlərinin keçiriləcəyi gözlənilir
Əli Xameneinin dəfn mərasimi iyulun 9-da Məşhəd şəhərində keçiriləcək
