Bakı. Trend:
“OpenAI” şirkəti öz payının 5 faizini ABŞ hökumətinə vermək imkanını müzakirə edib.
“Financial Times” qəzetinin məlumatına görə, “OpenAI” digər aparıcı süni intellekt inkişafetdiricilərini də oxşar addımı nəzərdən keçirməyə çağırıb.
Qeyd edək ki, ötən ay ABŞ Prezidenti Donald Tramp administrasiyanın vətəndaşlara ən böyük süni intellekt şirkətlərində səhmlərə sahib olmağa imkan verəcək mexanizmləri araşdırdığını açıqlayıb.
“OpenAI” əvvəllər süni intellekt inkişafetdiricilərinə investisiya qoyacaq və gəlirin bir hissəsini ictimaiyyətə paylayacaq milli investisiya fondu yaratmağı təklif etmişdi.
Nəşrin məlumatına görə, “OpenAI” şirkətinin baş direktoru Sem Altman ABŞ-nin aparıcı süni intellekt şirkətlərinin kapitallarının 5 faizini neft gəlirləri hesabına maliyyələşdirilən və ştat sakinlərinə illik dividend ödəyən Alyaska Daimi Fonduna bənzər struktura yatırmağı təklif edib.
