Azərbaycan vasitəsilə Ermənistana 976 ton buğda göndərilib (FOTO/VİDEO)

İqtisadiyyat Materials 3 İyul 2026 11:44 (UTC +04:00)
Azərbaycan vasitəsilə Ermənistana 976 ton buğda göndərilib (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 976 ton olan buğda tədarük həyata keçirilib.

Trend-in müxbiri xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti