Bakı. Trend:
Suriyanın paytaxtı Dəməşqdə Ədliyyə Sarayı yaxınlığında törədilmiş partlayış nəticəsində həlak olanların sayı doqquza çatıb.
Bu barədə Suriya Səhiyyə Nazirliyinin nümayəndəsi Vail Dağmaş bildirib.
Onun sözlərinə görə, terror aktı qurbanlarının sayı doqquza çatıb, 20-dən çox insan yaralanıb.
Qeyd edək ki, Ədliyyə Sarayının yaxınlığında, Hicaz meydanındakı kafelərin birində bomba partladılıb. Dəməşqin qubernatoru Mahir Mərvan İdlibinin sözlərinə görə, cinayətin təşkilatçıları bu yolla iyulun 6-da Dəməşqdə keçirilməsi planlaşdırılan Xalq Şurasının (Suriyanın yeni parlamenti) qarşıdan gələn 1-ci iclasını nüfuzdan salmağa çalışıblar.