Venesuelada baş verən zəlzələlərdə ölənlərin sayı 2500-ü keçib

Hadisə Materials 3 İyul 2026 08:53 (UTC +04:00)
Venesuelada baş verən zəlzələlərdə ölənlərin sayı 2500-ü keçib

Bakı. Trend:

Venesuelada baş verən zəlzələlər nəticəsində həlak olanların sayı 2 min 595 nəfərə çatıb.

Bu barədə ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Delsi Rodriqes mətbuat konfransında bildirib.

"Bu günə olan məlumata görə, həlak olanların sayı 2 min 595 nəfərdir", - deyə o qeyd edib.

Bununla yanaşı, Rodriqes itkin düşənlərin sayı ilə bağlı dəqiq məlumat verməyib. Yerli KİV-in yaydığı qeyri-rəsmi məlumata əsasən, itkin düşənlərin sayı təxminən 38 min 500 nəfərə çatır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti