Tramp İranın ABŞ-nin bütün tələbləri ilə razılaşdığını bildirib

Dünya xəbərləri Materials 3 İyul 2026 03:40 (UTC +04:00)
Tramp İranın ABŞ-nin bütün tələbləri ilə razılaşdığını bildirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla münaqişə zamanı qarşıya qoyduğu məqsədlərin demək olar ki, hamısına nail olduğunu bildirib.

Bu barədə o, CNBC telekanalına müsahibəsində deyib.

"Məncə, onlar bizə lazım olan demək olar ki, bütün şərtlərlə razılaşıblar", - deyə Tramp bildirib.

O əlavə edib ki, Tehranla danışıqlar davam edir və hərbi münaqişə İranın nüvə silahı məsələsinin həllinə gətirib çıxarıb.

"Bu, İranın nüvə silahından məhrum edilməsidir", - deyə ABŞ Prezidenti vurğulayıb.

Trampın fikrincə, təxminən dörd ay davam edən münaqişə nisbətən qısa müddətdə ABŞ ordusunun qarşıya qoyduğu məqsədlərə nail olmasına imkan verib.

"Mən nəyə nail oldum? Mən onları hərbi baxımdan darmadağın etdim", - deyə ABŞ lideri bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti