Bakı. Trend:
Enerji sahəsi əlbəttə ki, bizim tərəfdaşlığın ən vacib sütunlarından biridir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
O bildirib: “Son dövrdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib”.
