Ağdam Sənaye Parkına yatırılan investisiyanın həcmi açıqlanıb (FOTO)

İqtisadiyyat Materials 1 İyul 2026 17:47 (UTC +04:00)
Ağdam Sənaye Parkına yatırılan investisiyanın həcmi açıqlanıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sahibkarlar Ağdam Sənaye Parkına indiyədək 171,68 milyon manat investisiya yatırıb.

Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin ikinci ən böyük sənaye parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,86 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun 82,33 milyon manatlıq hissəsi ixracın payına düşür.

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan parkda 1000-dən çox daimi iş yeri yaradılıb.

Sənaye parkında 31 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib.

Xəbər lenti

Xəbər lenti