Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

İdman Materials 1 İyul 2026 07:55 (UTC +04:00)
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

Bakı. Trend:

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı davam edir.

Yarışın ikinci günündə Azərbaycan millisinin üzvü Sadiq Məmmədov (73 kq) finala yüksələrək gümüş medal qazanıb.

Qeyd edək ki, çempionatın ilk günündə Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq) gümüş, İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) isə bürünc medala sahib olublar.

İkinci yarış günündə daha bir cüdoçumuz İlkin Qarayev (66 kq) üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti