Milli Aviasiya Akademiyasında “Məzun günü”nə həsr olunmuş təntənəli mərasim olub (FOTO)

Cəmiyyət Materials 1 İyul 2026 10:15 (UTC +04:00)
Milli Aviasiya Akademiyasında “Məzun günü”nə həsr olunmuş təntənəli mərasim olub (FOTO)
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Aviasiya Akademiyasında “Məzun günü”nə həsr olunmuş təntənəli mərasim keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin təbrik məktubu iştirakçıların diqqətinə çatdırılıb. Məktubu Akademiyanın iqtisadi və sosial məsələlər üzrə prorektoru, dosent Gülnarə Əhmədova səsləndirib.

Mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Azərbaycanda mülki aviasiya sahəsinin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrdən, nəqliyyat infrastrukturunun modernləşdirilməsindən, aviasiya təhsilinin və insan kapitalının inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olmasından danışıb.

Daha sonra “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev çıxış edərək müasir aviasiya sənayesində peşəkar kadr hazırlığının əhəmiyyətini vurğulayıb, Milli Aviasiya Akademiyasının ölkənin aviasiya sisteminə yüksəkixtisaslı mütəxəssislər qazandırdığını bildirib.

Mərasim çərçivəsində Akademiyanın ictimai və elmi həyatında fərqlənən tələbələrə sertifikatlar təqdim olunub. Təqdimat mərasimini Milli Aviasiya Akademiyasının birinci prorektoru, professor Ədalət Səmədov həyata keçirib.

Rəsmi hissədən sonra bədii proqram təqdim olunub. Milli rəqs nümunələri, musiqi nömrələri, tələbələrin səhnə çıxışları və tanınmış incəsənət nümayəndələrinin ifaları mərasimə xüsusi rəng qatıb.

Tədbirin ən yaddaqalan anlarından biri isə məzunların ənənəvi olaraq papaqlarını havaya atması olub.

Qeyd edək ki, Milli Aviasiya Akademiyası uzun illərdir Azərbaycanın mülki aviasiyası, aerokosmik sənayesi, informasiya texnologiyaları və digər mühüm sahələr üçün yüksəkixtisaslı kadrlar hazırlayaraq ölkənin insan kapitalının inkişafına mühüm töhfə verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti