Bakı. Trend:
Böyük Britaniya hökuməti müdafiə xərclərini 15 milyard funt sterlinq artırmaq niyyətindədir.
Xarici media yazır ki, bu da nəticədə Böyük Britaniyanın ÜDM-nin 4,3%-ni müdafiəyə yatırması deməkdir.
Baş nazir Keir Starmer yeni planı təqdim edərkən deyib ki, bu plan, ölkənin hazırda nəyə ehtiyacı olduğunu göstərir və varisim bu platforma üzərində işçləyəcək.
O, əlavə maliyyələşdirmənin növbəti dörd il ərzində ordunu dəstəkləmək və milli təhlükəsizliyi gücləndirmək üçün təxminən 300 milyard dollar təmin edəcəyini söyləyib.
2025-ci ildə NATO ölkələri müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5%-nə çatdırmağı öhdələrinə götürüblər.
Starmer vurğulayıb ki, bəzi infrastruktur layihələri, xüsusən də yollar və elektrik enerjisi ilə bağlı layihələr bu vəsaitlərə yol açmaq üçün ləğv edilib.
