Mbappe dünya çempionatında qol sayına görə Messini ötüb

İdman Materials 1 İyul 2026 04:53 (UTC +04:00)
Mbappe dünya çempionatında qol sayına görə Messini ötüb

Bakı. Trend:

Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il futbol üzrə dünya çempionatında ən çox qol vuran oyunçular siyahısında birinci yerə yüksəlib.

1/16 final mərhələsində İsveçə qarşı keçirilən oyunda vurduğu iki qol Mbappenin turnirdəki ümumi qol sayını səkkizə çatdırıb. Onun hesabında ümumilikdə 6 qol və 2 məhsuldar ötürmə var.

Bu göstərici ilə fransalı hücumçu Argentina millisinin kapitanı Lionel Messini qabaqlayıb. Messinin aktivində 6 qol var və heç bir məhsuldar ötürməsi qeydə alınmayıb.

Bununla belə, Argentina millisinin turnir çərçivəsində Kabo-Verde ilə daha bir oyunu qaldığından, siyahıda dəyişiklik ehtimalı hələ qalır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti