Bakı. Trend:
Norveç milli komandasının futbolçuları dünya çempionatının 1/16 final mərhələsinin oyununda Kot-d'İvuar yığmasını 2:1 hesabı ilə məğlub ediblər. Qarşılaşma ABŞ-nin Texas ştatının Arlinqton şəhərində keçirilib.
Qalib komandanın heyətində qolları Antonio Nusa (39-cu dəqiqə) və Erlinq Holand (86) vurublar. Məğlub komandada isə Amad Diallo (74) fərqlənib.
Norveç yığması 1/8 finalda Braziliya millisi ilə qarşılaşacaq.