Bakı. Trend:
"Yelo Bank"ın ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə
start verdiyi və böyük maraqla qarşılanan “Biznesinə xoş gələcək”
kampaniyasının müddəti 30 sentyabr 2026-cı il tarixinədək uzadılıb.
Bu xəbər işinə fasilə vermək istəməyən və gündəlik bank xərclərinə
qənaət etməyi hədəfləyən mikro, kiçik və orta sahibkarlar üçün əsl
yay fürsətinə çevriləcək!
Kampaniya çərçivəsində ilk dəfə onlayn biznes hesabı açan fərdi
sahibkarlar və hüquqi şəxslər hesab açdıqları gündən etibarən 3 ay
müddətində (cəmi 100 000 AZN-dək dövriyyə məbləği üçün) aşağıdakı
bank əməliyyatlarını tamamilə pulsuz – 0% komissiya ilə həyata
keçirə bilərlər:
- Milli valyutada ölkədaxili köçürmələr (həm adi, həm də təcili);
- Milli valyutada vəsaitlərin nağdlaşdırılması;
- Əməkhaqqı layihəsi üzrə köçürmələr (“All ATMs” istisna).
Üstəlik, bu fürsətdən yararlanan bütün sahibkarlara 1 illik biznes
kartı hədiyyə olunur. Biznes müştəriləri həmçinin onlayn hesab
açılması, əməkhaqqı kartlarının sifarişi və smartfonu POS-terminala
çevirən Mobil POS xidmətinə qoşulma imkanlarından da ödənişsiz
faydalana bilirlər.
Bankın məqsədi sahibkarlara yalnız ilk addımlarında deyil,
bizneslərinin hər bir inkişaf mərhələsində etibarlı və innovativ
tərəfdaş olmaqdır. Kampaniyaya qoşulmaq istəyən fərdi sahibkarlar
"Yelo Business Ap"p, hüquqi şəxslər isə Yelo İnternet Bankçılıq
platforması üzərindən ilk onlayn biznes hesablarını açaraq bu
unikal fürsətə sahib ola bilərlər.
Daha ətraflı məlumat: "Yelo İnternet Bankçılıq" - https://ylb.az/i-bnk; "Yelo Business
App" - http://ylb.az/yelobiznes.
Online biznes
krediti lazımdır? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!