Bakı. Trend:
Milli Basketbol Assosiasiyası (NBA) tarixində ən məhsuldar oyunçu olan amerikalı Lebron Ceyms müqaviləsinin başa çatması ilə əlaqədar "Los Anceles Leykers" klubunu tərk edib.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
""Lebron Ceyms idman tarixinin ən böyük idmançılarından biridir. O, "Leykers"də keçirdiyi səkkiz ilə, o cümlədən bizi ən çətin şəraitdə çempionluğa aparmasına və komandamızın heyətində qırdığı saysız-hesabsız rekordlara görə hər zaman minnətdarlığımızı qazanacaq. Ona həm meydanda, həm də meydandan kənarda gələcək fəaliyyətində uğurlar arzulayırıq. O, hər zaman "Leykers" ailəsinin dəyərli üzvü olaraq qalacaq", - deyə məlumatda bildirilir.