Bakı.Trend:
Paytaxtda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidməti məlumat yayıb.
AYNA-nın Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Hüseyn
Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq
küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid
prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən
aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin
hərəkətinə məhdudiyyət tətbiq edilir.
“Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli
müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mətbuat prospekti,
Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələrindən
təşkil olunur”, - deyə agentliyin Mətbuat Xidmətindən
bildirilib.
