PAŞA Sığorta yol qırağında dayanmış avtomobilə dəyən zərəri ödəyir

Cəmiyyət Materials 30 İyun 2026 16:33 (UTC +04:00)
PAŞA Sığorta yol qırağında dayanmış avtomobilə dəyən zərəri ödəyir

Bakı. Trend:

Gündəlik həyatda belə hadisələr də olur: avtomobili park edirik, geri qayıdanda isə çatlaq, zərbə və ya daha ciddi ziyan, ağacın aşması və ya torpaq sürüşməsi kimi hadisələrin nəticələrini görürük. Sığortası olan adamda ilk sual isə bu olur: “Bu halda sığorta işləyəcəkmi?”

Bu məsələ sığortanın növündən asılıdır. Hamı bilir ki, icbari avtomobil sığortası yalnız sizin digər nəqliyyat vasitələrinə və ya şəxslərə vurduğunuz zərəri qarşılayır. Yəni, təsəvvür edin avtomobiliniz yol kənarında dayanıb və güclü əsən külək ağacı qırıb, həmin ağac da düşüb avtomobilinizin üzərinə. Bax, bu halda icbari sığorta həmin zərəri ödəmir, xərci öz cibinizdən ödəməlisiniz.

Əgər avtomobiliniz üçün könüllü sığorta (KASKO) mövcuddursa, vəziyyət dəyişir. Bu hallarda və hətta naməlum şəxs tərəfindən vurulan zərər belə sığorta hadisəsi hesab olunacaq. Bu isə KASKO sığortasının təminatına aiddir. Ətraflı BURADAN öyrənin.

Qeyd edək ki, PAŞA Sığortada bu halları nəzərdə tutan KASKO sığorta paketləri mövcuddur. Təsəvvür edin, il ərzində PAŞA Sığorta şirkətinə güclü külək nəticəsində avtomobilə dəyən zərərlə bağlı 135 müraciət daxil olub. Bu müraciətlər əsasında 70 080 AZN məbləğində ödəniş edilib. Odur ki, gözlənilməz xərclərlə üzləşməmək üçün ehtiyatınızı əldən buraxmayın.

Xəbər lenti

Xəbər lenti