Böyük Britaniya PUA istehsalına 6,5 milyard dollardan artıq investisiya yatırmağı planlaşdırır

Dünya xəbərləri Materials 30 İyun 2026 07:01 (UTC +04:00)
Böyük Britaniya PUA istehsalına 6,5 milyard dollardan artıq investisiya yatırmağı planlaşdırır

Bakı. Trend:

Böyük Britaniya yaxın dörd il ərzində silahlı qüvvələrin pilotsuz uçuş aparatları ilə təminatını gücləndirmək məqsədilə bu sahəyə 5 milyard funt sterlinqdən (təxminən 6,6 milyard dollar) artıq vəsait ayırmağı planlaşdırır.

Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ayrılan vəsait Britaniya Ordusu, Kral Hərbi Hava Qüvvələri və Kral Dəniz Qüvvələri üçün müxtəlif pilotsuz sistemlərin hazırlanması və inkişafına yönəldiləcək.

Böyük Britaniyanın müdafiə naziri Den Carvis qeyd edib ki, müasir müharibələrin xarakteri sürətlə dəyişir və pilotsuz texnologiyalar həm Ukraynadakı, həm də Yaxın Şərqdəki münaqişələrdə həlledici rol oynayır.

"Bu sahəyə indiyədək həyata keçirdiyimiz ən böyük sərmayə silahlı qüvvələrimizin üstünlüyünü qorumağa və ölkənin müdafiə sənayesində fəaliyyət göstərən qabaqcıl şirkətlərin inkişafını dəstəkləməyə imkan verəcək", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti