Qaxda çətənə kolu yetişdirən şəxs saxlanılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 29 İyun 2026 10:02 (UTC +04:00)
Qaxda çətənə kolu yetişdirən şəxs saxlanılıb (FOTO/VİDEO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrətəli Abdullayevi saxlayıb.

Ondan çay sahilində meşəlik ərazidə əkdiyi çətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, H.Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti