Bakı.Trend:
Cənubi Koreya Prezidenti Li Çje Myon KXDR-ə iki Koreya arasında müharibənin başa çatdırılması ilə bağlı birbaşa danışıqlara başlamağı və Pxenyanın nüvə proqramının dayandırılması yollarını müzakirə etməyi təklif edib.
Bu barədə Yonhap məlumat yayıb.
Li Çje Myon bu fikirləri Koreyanın 1910-1945-ci illərdə Yaponiyanın müstəmləkə hakimiyyətindən azad edilməsinin 81-ci ildönümünə həsr olunmuş mərasimdə səsləndirib.
“Gəlin bir-birimizi təhdid etmək niyyətlərindən əl çəkək və münaqişənin birbaşa tərəfləri kimi uzun müddətdir davam edən müharibəyə son qoyulması ilə bağlı danışıqlara başlayaq. Bu proses çərçivəsində Şimali Koreyanın nüvə potensialının inkişafının qarşısını almağın səmərəli yollarını da müzakirə edə bilərik”, – deyə o bildirib.
Li müharibəyə son qoymaq və “qeyri-sabit atəşkəs sistemini” sülh rejimi ilə əvəzləmək niyyətində olduğunu vurğulayıb.
